Millimizin üzvünü Almaniyada ən yaxşı seçdilər

18:32 - 28 Sentyabr 2018

Almaniya III Bundesliqa təmsilçisi "Proyssen"də çıxış edən millimizin sabiq üzvü Rüfət Dadaşov çempionatda həftənin ən yaxşı futbolçusu seçilib.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı forvard azarkeşlərin qatıldığı səsvermədə qalib olub. Dadaşov 5 min 500 səsin 37 faizini yığaraq, hamını qabaqlayıb. Bununla da, o, həftənin ən yaxşısı seçilib.

 

Qeyd edək ki, Rüfət Dadaşov 9-cu turda "Hanza" ilə matçda het-trik etmişdi. Rüfət cari mövsüm 9 oyuna 5 qol vurub.

Xəbər xətti