Sabiq "Xəzər Lənkəran"lı Super Liqa klubunda

18:09 - 1 Oktyabr 2018

Türkiyə Super Liqasında mübarizə aparan "Kasımpaşa" klubunun yeni baş məşqçisi bəlli olub.

 

Sportal.az xəbər verir ki, baş məşqçi postuna Mustafa Dənizli keçib. Tərəflər arasında danışıqlar müsbət tamamlamıb. Dənizli bu vəzifədə Kemal Özdeşi əvəzləyib.

 

68 yaşlı mütəxəssis 2013/14-cü illərdə "Xəzər Lənkəran"ı çalışdırıb. O, son olaraq, "Qalatasaray"ın baş məşqçisi olub.

 

Qeyd edək ki, “Kasımpaşa” Super Liqanın turnir cədvəlində 7 oyundan sonra 12 xalla 5-ci pilləsində qərarlaşıb.

Xəbər xətti