U-15 və U-17 Liqaları: 2-ci turun təqvimi məlumdur

12:14 - 3 Oktyabr 2018

Həftəsonu U-15 və U-17 liqalarında 2-ci turun oyunları keçiriləcək.

 

Sportal.az xəbər verir ki, nəzərdə tutulan 13 oyundan 6-ı bölgələrdə baş tutacaq. Bundan başqa bütün oyunlar şənbə günü keçiriləcək. Yalnız U-17 Liqasında «Zirə» - «Sabah» matçı bazar gününə təyin olunub.

 

Hər iki liqanın təqvimini təqdim edirik:

 

U-15 Liqası, 2-ci tur
06 oktyabr (şənbə)

 

12:00 «Neftçi» - Səbail (Binə qəsəbə stadionu)
13:00 «Qəbələ» - «Mil-Muğan» (Qəbələ şəhər stadionu)
14:00 «Neftçi» İK İB – «Keşlə» (Lökbatan OİK-nin meydanı)
15:00 «Xilə» - «Qarabağ» (Şağan OİK-nin meydanı)
15:00 «Zaqatala» - «Sabah» (Zaqatala şəhər stadionu)
15:00 Gəncə TİM – «Zirə» (Gəncə şəhəri TİM-nin stadionu)
15:30 İsgəndər Cavadov BFA – «Sumqayıt» («Bakı Baza»)

 

Cəza səbəbindən turu buraxmalı olan futbolçular: Hüseyn Quliyev («Keşlə»), Məhəmməd İbrahimi (İsgəndər Cavadov BFA), Saleh Məmmədli («Mil-Muğan»), Muxtar Məmmədov («Zaqatala»).


U-17 Liqası, 2-ci tur
06 oktyabr (şənbə)


13:00 «Səbail» - «Qəbələ» («Bayıl Arena»)
14:00 «Sumqayıt» - «Neftçi» (Sumqayıt şəhəri, «Kaptalbank Arena»)
15:00 «Xəzər Lənkəran» - «Tufan» («Xəzər Lənkəran» mərkəzi stadionu)
15:00 «Mil-Muğan» - «Keşlə» (İmişli şəhər stadionu)
15:30 «Qarabağ» - «Neftçi» İK İB (Binə qəsəbə stadionu)

 

07 oktyabr (bazar)

 

14:00 «Zirə» - «Sabah» (Aviasiya Akademiyasının stadionu)

 

Cəza səbəbindən turu buraxmalı olan futbolçular: Elmar Rəhimov, Xəyyam Hüseynov (hər ikisi «Sabah»), Nemət Şıxəmirov («Qəbələ»).

 

«Het-trik news»

Xəbər xətti