"Qarabağ"ın legioneri Fransa ilə oyun üçün milliyə dəvət aldı

“Qarabağ”ın qapıçısı Hannes Halldorsson İslandiya millisinə dəvət alıb.

 

Sportal.az xəbər verir ki, 34 yaşlı qolkiper millisinin Fransayla keçirəcəyi yoxlama oyununa və UEFA Millətlər Liqasında İsveçrəyə qarşı keçiriləcək matça dəvət alıb.

 

İslandiya millisi yoxlama oyununda oktyabrın 11-də son dünya çempionu Fransayla, oktyabrın 15-də isə Millətlər Liqasında İsveçrəylə qarşılaşacaq.

 

Qeyd edək ki, İslandiyanın Millətlər Liqasında 2 turdan sonra xalı yoxdur.

Tarix: 6 Oktyabr [13:07]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 İyun 2019
24  İyun 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio