Fabreqas "Çelsi"dən ayrılacaq?

"Çelsi" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq Sesk Fabreqas gələcəyilə bağlı danışıb.

 

Sportal.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi London klubunda qalmaq istədiyini deyib: "Sözün düzü, klub mənə heç bir şey deməyib. 8 ay sonra müqaviləm başa çatacaq. Əgər heç bir şey baş verməsə, ayrılacam. Burada xoşbəxt karyera yaşadım. Çox uğurlar qazandım".

 

Fabreqas karyerasını "Çelsi"də başa vurmayacağını deyib: "Düşünürəm ki, bir neçə il sonra karyeramı Avropadan kənarda davam etdirəcəm. Karyeramın sonlarında başqa macəralar yaşayacam".

 

İspaniyalı futbolçu komandanın baş məşqçisi Mauritsio Sarri barədə xoş sözlər səsləndirib: "Kaş Sarri komandaya daha erkən gələrdi. Onunla birlikdə çalışmaq zövq verir. Karyeramın son zamanlarında gəlməsi bir az pis oldu".

 

Qeyd edək ki, Fabreqas 2014-cü ildən "Çelsi"də çıxış edir. İspaniya millisinin üzvü daha öncə "Arsenal" və "Barselona"da da oynayıb.

Tarix: 7 Oktyabr [16:54]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
11 Dekabr 2018
10  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio