Con Terri karyerasını başa vurdu

İngiltərə millisinin və "Çelsi"nin sabiq üzvü Con Terri karyerasını başa vurub.  

 

Sportal.az xəbər verir ki, bu barədə məlumatı 38 yaşlı müdafiəçi özü verib.

 

Qeyd edək ki, Terri 1998-2017-ci illərdə "Çelsi"nin, 2017/18 mövsümündə isə "Aston Villa"da çıxış edib. Təcrübəli futbolçu 5 dəfə İngiltərə çempionluğu və 5 dəfə ölkə kubokunun, 3 dəfə İngiltərə Liqa kubokunun, 1 dəfə Çempionlar Liqasının və 1 dəfə Avropa Liqasının qalibi olub.  

Tarix: 8 Oktyabr [11:02]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
26 İyun 2019
25  İyun 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio