"Futboldan həzz almaq üçün "Barselona"dan ayrıldım"

10:36 - 10 Oktyabr 2018

Dortmund "Borussiya"sının "Barselona"dan icarəyə götürdüyü Pako Alkaser yeni klubunda fırtına kimi əsir.

 

Sportal.az xəbər verir ki, ESPN-ə açıqlama verən ispan forvard futboldan həzz almaq üçün "Barselona"dan ayrıldığını deyib:

 

"Barselona"dan ayrılmağa qərar verdim, çünki yenidən futboldan yenidən həzz almaq istəyirdim. Mən futbol oynamaq istəyirəm. Messi, Suares, Koutinyo olan yerdə oynamaq çox çətindir. "Borussiya"da hər kəs məni xoş qarşıladı. Seçimimə görə şadam. Çox çalışacam və hədəflərimiz uğrunda mübarizə aparacağıq. Hər fürsəti dəyərləndirməyə çalışacam".

 

Qeyd edək ki, "Barselona" Alkaseri 2016-cı ildə "Valensiya"dan 30 milyon avroya transfer edib. 25 yaşlı futbolçu Dortmund təmsilçisində 4 oyuna 7 qol vurub.

Xəbər xətti