"Sumqayıt" - "Zirə" oyununun vaxtı açıqlandı

12:04 - 10 Oktyabr 2018

Milli komandanın oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən “Sumqayıt” yoxlama görüşündə qüvvəsini sınayacaq.

 

Sportal.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi oktyabrın 13-də “Zirə” ilə qarşılaşacaq. “Kapital Bank Arena”nın köməkçi meydançasında baş tutacaq qarşılaşma saat 15:30-da start götürəcək.

 

Qeyd edək ki, Premyer Liqada 7 turdan sonra "Sumqayıt"ın 10, "Zirə"nin 4 xalı var.

Xəbər xətti