Remzidən ayrılıq siqnalı: "Anlaşa bilmədik"

17:50 - 13 Oktyabr 2018

"Arsenal"ın uelsi ulduzu Aaron Remzi klubla müqaviləni uzatmaq barəsində anlaşa bilmədiyini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi cari mövsüm "topçular" üçün əlindən gələni edəcəyini bildirib:

 

"Klubla danışıqlar yaxşı gedirdi. Anlaşdığımızı düşünürdüm, ancaq vəziyyət belə deyil. Bu mövsüm "Arsenal" üçün əlimdən gələni edəcəm. Daha sonra vəziyyətə baxacağıq. Futbolda belə hallar olur. Klubun qərarı belə oldu. Bununla belə, ən yaxşısını etmək üçün davam etmək lazımdır".

 

Remzi ilə "Liverpul", "Çelsi", "Mançester Yunayted", "Milan" və "Yuventus"un maraqlandığı qeyd edilir.

 

Qeyd edək ki, Remzi 2008-ci ildə "Kardiff Siti"dən London klubuna 4,8 milyon funt-sterlinqə keçib. Onun müqaviləsi cari mövsümün sonu başa çatır.

 

Xəbər xətti