U-15 Liqası: "Qəbələ" və "Qarabağ" - şərikli liderlər…

10:03 - 15 Oktyabr 2018

Həftəsonu U-15 Liqasında 3-cü turun oyunları keçirildi. Əvvəlcədən bütün oyunlar şənbə gününə nəzərdə tutulsa da, sonradan «Qarabağ» - «Neftçi» İK İB matçı bazar gününə keçirildi. Bu həftə məhz bu və bu oyunla yanaşı turun mərkəzi qarşılaşması olan «Sabah» - «Neftçi» haqqında qısa reportajı təqdim edəcəyik.

 

U-15 Liqası
3-cü tur

 

«Qarabağ» - «Neftçi» İK İB 4:1
Qollar:
Süleyman Süleymanov, 20, 47; Vasif Fərəcov, 48, 56 - Səid Əlicanov, 9.

 

Oyun meydan sahiblərinin üstünlüyü ilə başlasa da, matçda hesabı qonaqlar açdılar. Rəqibi əks-hücumda yaxalayan «Neftçi» İK İB Səid Əlicanovla hesabı açdı. Buraxılan qoldan sonra hücumlarını davam etdirən «Qarabağ» bərabərlik qolunu 11 dəqiqə sonra vura bildi. Süleyman Süleymanov uzaq məsafədən effektli zərbə ilə topu qapıdan keçirdi. Birinci hissə elə bu hesabla başa çatdı.

 

Fasilədən sonra oyuna diqtə edən yenə də «Qarabağ» idi. Xəyal Həsənovun yetirmələri ikinci 35 dəqiqədə qonaqları daha 3 dəfə məyus edərək böyük hesablı qələbə qazana bildilər. Əvvəlcə 47-ci dəqiqədə Zeynal Axundzadədən ötürmə alan Süleyman dublunu rəsmiləşdirdi. Cəmi 1 dəqiqə sonra səhnəyə Vasif Fərəcov çıxdı. O, cərimə zərbəsindən topu birbaşa qapıya göndərdi. Matçda son nöqtəni də Vasif qoydu. 2-ci qolda məhsuldar ötürmə ilə yadda Zeynal bu dəfə Vasifin dubl etməsinə şərait yaratdı – 4:1.

 

«Sabah» - «Neftçi» 1:1
Qollar
: Firəddin Abdullayev, 69 – Ayxan Süleymanlı, 10.

 

Bərabər səviyyəli komandaların mübarizəsi həqiqətən maraqlı alındı. Oyunda futbol adına hər şey var idi. «Sabah»ın baş məşqçisi Namiq Allahverdiyev səhhəti ilə əlaqədar komandasını bu oyuna çıxara bilməmişdi. Onu Şahin Zeynalov və «Sabah»ın U-16 komandasının baş məşqçisi İlqar Mənsimov əvəzləyirdi. «Neftçi»də isə hər şey qaydasında görünürdü. Eldəniz Məmmədov başda olmaqda komanda oyuna tam hazır idi.
Bərabər mübarizə şəraitində keçən qarşılaşmada hər iki tərəf qələbəyə layiq idi, kifayət qədər qol vurmaq imkanları oldu. Amma bu oyunun ədalətli nəticəsi heç-heçə olardı ki, bu da qeydə alındı. Matçda cəmi 2 qol vuruldu. Hesabı 10-cu dəqiqədə qonaqlar açdılar. Elcan Əbilovun ötürməsindən sonra Ayxan Süleymanlı fərqləndi. Fasilədən sonra hesabda geri olan «Sabah» yalnız matçın son dəqiqələrində Firəddin Abdullayevin sayəsində məğlubiyyətdə xilas ola bildi. 

 

Yeri gəlmişkən, bu oyunun ən yaxşılarını da müəyyənləşdirə bildik. Rəqib komandaların məşqçilərinin fikrincə, «Sabah»dan Firəddin Abdullayev, qonaqlardan isə Oruc Məmmədovla, qapıçı Ümid Tağızadə oyunun seçilənlərindən idi. 

 

«Sumqayıt» - «Xilə» 2:2
Qollar
: Fərid Abbasov, 48 (pen.); Elmin Nəsirov, 67 - Seyidəli Tağızadə, 56;  Hüseyn Məmmədzadə, 70+3.

 

«Keşlə» - «Zaqatala» 10:0
Qollar:
Hüseyn Quliyev, 7, 18; 39; Nihat Şirinzadə, 12; Qurban Səfərov, 21, 29; Rəşid Səfixanlı, 25, 28; Rüfət Məmmədov, 53; Tural Əmirhüseynov, 70

 

«Səbail» - Gəncə TİM 6:0
Qollar:
Xəyal Əliyev, 3, 59; Raul Məmmədov, 21; Nicat Quliyev, 32, 35, 70

 

«Zirə» - «Qəbələ» 0:2
Qollar:
Sərxan Mirzəzadə, 25, 48

 

«Mil-Muğan» - İsgəndər Cavadov 4:1
Qollar
: Əli Fətəlizadə, 41, 46, 54, 70+1 – Etibar Rüstəmzadə, 25

 

U-15 Liqasında 4-cü turun oyunları oktyabrın 20-21-də keçiriləcək: İsgəndər Cavadov BFA – «Zirə», «Xilə» - «Mil-Muğan», «Neftçi» İK İB – «Sumqayıt», «Zaqatala» - «Qarabağ», «Neftçi» - «Keşlə», «Səbail» - «Sabah», Gəncə TİM – «Qəbələ». Oyunların başlama vaxtı və yeri haqqında əlavə məlumat verəcəyik.

 

«Het-trik news»

 

Xəbər xətti