Mirça Rednikin yeni iş yeri bəlli oldu

14:36 - 15 Oktyabr 2018

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednik özünə yeni iş yeri tapıb.

 

Sportal.az xəbər verir ki, rumımniyalı mütəxəssis yenidən ölkəsində çalışacaq. 56 yaşlı çalışdırıcı “Dinamo” (Buxarest) klubunun yeni baş məşqçisi təyin olunub. Onun müqaviləsi barədə məlumat verilməyib. Rednik 4-cü dəfə "Dinamo"nu çalışdıracaq.

 

Qeyd edək ki, rumıniyalı çalışdırıcı 2010/11-ci illərdə “Xəzər Lənkəran”ın "sükanı arxasında" olub. O, cənub klubuna rəhbərlik etdiyi dönəmdə Azərbayan kubokunu və Azərbaycan Premyer Liqasının gümüş medallarını qazanıb. Rednik son olaraq, Səudiyyə Ərəbistanının "Əl-Feysali" klubunu çalışdırıb.

Xəbər xətti