Vüqar dubl etdi, komandası 6 qolla qalib gəldi

17:09 - 15 Oktyabr 2018

Latviya Birinci Liqasında 21-ci turun oyunları keçirilib. 

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” səfərdə “Smiltene”yə 6-1 hesabı ilə qalib gəlib.

 

Start heyətdə oyuna başlayan Vüqar 75-ci dəqiqədə əvəzlənib.

 

Əsgərov 22 və 61-ci dəqiqələrdə təyin olunan penaltiləri dəqiq yerinə yetirib. Bununla da Əsgərov cari mövsümdə vurduğu qolların sayını 27-yə çatdırıb.

 

“Dauqavpils” 21 turdan sonra 55 xalla birinci pillədə qərarlaşıb.

Xəbər xətti