"Real"ın Neymar və Mbappe planı: Modriçlə yollar ayrılır

18:30 - 15 Oktyabr 2018

Madrid "Real"ı bu yay transfer bazarını səssiz keçirdi.

 

Sportal.az xəbər verir ki, cari mövsümə istənilən kimi başlamayan "kral klubu" dyəişiklilər etməyi düşünür. Madrid klubu "İnter"in israrla istədiyi Luka Modriçlə bağlı qərar verib. "Corriere dello Sport"un məlumatına görə, 33 yaşlı yarımmüdafiəçinin Milan klubuna keçməsinə icazə veriləcək.

 

Krişitano Ronaldonun gedişindən sonr ahücum xəttində sıxıntı yaşayan "Real" bunu aradan qaldırmaq üçün artıq hərəkətə keçib. Madridlilər gələn yayda hücum xəttinə PSJ-nin ulduzları - Neymarla Kilian Mbappeni transfer etməyə çalışacaq.

Xəbər xətti