Cek Uilşir "Arsenal"dan ayrılma səbəbini açıqladı

Yay transfer pəncərəsində "Arsenal"dan "Vest Hem"ə azad agent statusu ilə keçən Cek Uilşir London klubundan ayrılma səbəbini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, İngiltərə millisinin üzvü Arsen Vengerin komandadan getməsinə görə, bu addımı atdığını söyləyib:

 

"Əgər Arsen Venger komandada qalsaydı, karyeramı "Arsenal"da davam etdirəcəkdim. Mənə o, hər zaman güvənirdi. Kapitanlıq bazubəndini də vermişdi və mənə hörmətlə yanaşaırdı. Vengerin gedişindən sonra mənim üçün yeni dönəm başladı".

 

Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçi "Arsenal"ın yetirməsidir.

Tarix: 23 Oktyabr [17:30]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Yanvar 2019
20  Yanvar 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio