Millimiz Bolqarıstanla heç-heçə etdi

00:11 - 24 Oktyabr 2018

Bolqarıstanın Sliven şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində yoldaşlıq oyunu keçirib. 

 

Sportal.az xəbər verir ki, Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə keçirilən oyunda qolsuz heç-heçə qeydə alınıb.

 

Xatırladaq ki, bu komandalar arasında növbəti oyun oktyabrın 25-də, saat 12:00-da keçiriləcək.

Xəbər xətti