Azərbaycanda legioner həyatı yaşamış xorvatiyalı qolkiper Miro Varvodiç Sportal.az saytına açıqlama verib.
"Qarabağ"ın(2012/2013 mövsümü) sabiq qapıçısı "Dinamo"nun formasını geyinən Mahir Emrelinin performansını dəyərləndirib. "Hayduk", "Köln" kimi klubların qapısını qorumuş, son olaraq "Duqopolye"də oynamış təcrübəli futbolçunun sözlərinə görə, millimizin forvardı "Dinamo"da oyun praktikasından da əziyyət çəkir:
"Emreli "Dinamo"ya böyük ümidlərlə transfer edilmişdi. Mən onun haqda hər zaman müsbət fikirdə olmuşam. Çünki mənə görə Mahir çox yaxşı futbolçudur. Amma bu futboldur da, bəzən belə də olur. O, "Dinamo"da az-az oynadı. Mahiri Zaqreb klubundan ayrılacağı ilə çıxan xəbərlərə gəlincə, bu haqda konkret nəsə deməyim doğru çıxmaz. Eşitdiyim odur ki, "Dinamo"ya çoxlu sayda yeni oyunçular lazımdır və klub rəhbərliyi bunun üçün addımlar ata bilər".
2022-ci il fevralın 2-də “Dinamo”ya keçən Emrelinin bu klubla müqaviləsi 2026-cı il iyunun 30-na qədər qüvvədədir.
saytlarin hazirlanmasi