Lopeteqinin getmək fikri yoxdur: "Gücüm var"

15:38 - 29 Oktyabr 2018

İspaniya La Liqasının 10-cu turunda səfərdə əzəli rəqibi "Barselona"ya 1:5 hesabı ilə məğlub olan "Real"ın baş məşqçisi Julen Lopeteqi açıqlama verib.

 

Sportal.az xəbər verir ki, ispan mütəxəssis məğlubiyyətə üzüldüyünü desə də, işinə davam etmək gücündə olduğunu bildirib: "Üzgünəm, amma davam etmək üçün lazım olan gücüm var. Hələ mövsüm təzə başlayıb. Komandada vəziyyət dəyişə bilər və inkişaf edə bilərik. Hazırda şərtlərimizə uyğun olmayan futbolçular var. Üzgün olsam da, komanda ilə davam etmək gücündə olduğumdan əminəm. Əlbəttə, nəticələrə görə baş məşqçi məsuliyyət daşıyır. Futbolun necə olduğunu bilirik, axmaq deyiləm Birlikdə uduzuruqsa, birlikdə də qalib gəlirik. "Real"ın bu mövsüm titul qazanacağına inanıram".

 

Qeyd edək ki, İspaniya mətbuatı Lopeteqinin bu gün istefaya göndəriləcəyini yazıb.

Xəbər xətti