Dabo: "Qarabağ"lı futbolçuların bu hərəkəti məni əsəbləşdirdi"

16:02 - 31 Oktyabr 2018

"Neftçi”nin hücumçusu Baqali Dabo klubun rəsmi saytına müsahibəsində Topaz Premyer Liqasının 9-cu turunda "Qarabağ"la görüşdə vurduğu qolu çılğın şəkildə qeyd etməsi barədə danışıb.

 

Sportal.az xəbər verir ki, fransalı forvard "Qarabağ"ın futbolçularını günhalandırıb. 30 yaşlı forvard rəqib futbolçuların "Fair-play" qaydalarına uyğun oynamadıqlarını deyib: "Düzü, qoldan bir neçə dəqiqə əvvəl rəqib "fair play"ə uyğun oynamadı. Bu amil məni bir az əsəbləşdirdi. Üstəlik, qol da vurdular. Bu oyunda, həm də o cür azarkeş dəstəyi altında bizi qələbədən başqa heç bir nəticə qane etməyəcəkdi. Biz qələbəyə layiq idik və üçüncü qol bütün suallara aydınlıq gətirdi. Ona görə də həmin an çox emosional idim". 

 

Dabo çempionluq yolunda rəqiblərini açıqlayıb: "Məncə, bu mübarizədə əsas rəqiblərimiz "Qarabağ”, "Qəbələ” və "Sabah”dır".

Xəbər xətti