İstanbul derbisində qollu heç-heçə

00:08 - 3 Noyabr 2018

Türkiyə Super Liqasında 11-ci tura start verilib. 

 

Sportal.az xəbər verir ki, “Qalatasaray” əzəli rəqibi “Fənərbaxça”nı qəbul edib. İstanbul derbisində qapılara 4 qol vurulub. Tərəflər 2:2 hesablı heç-heçəyə razılaşıblar.

 

Super Liqanın turnir cədvəlinə 21 xalla "Başakşəhər" başçılıq edir. "Qalatasaray" 20 xalla 2-ci, "Fənərbaxça" 10 xalla 15-cidir.

 

"Qalatasaray” – “Fənərbaxça” - 2:2 

Qollar: Rayan Donk, 31, Martin Linnes, 49 - Matye Valbuena, 66 (pen.), Jailson, 72

Xəbər xətti