Samir Abasov: "Güclənməyə ehtiyacımız var"

21:44 - 4 Noyabr 2018

“Zirə”nin baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının X turunda “Səbail”lə 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, Abasov öncə oyunla bağlı danışıb:

 

- Belə oyundan sonra danışmaq çox çətindir. Futbolçuların oyundan sonrakı üzüntüsü mənə də keçdi. Son 3 turda yaxşı oyun sərgiləyirik, ancaq qələbə qazana bilmirik. Oyun planımızda artım olması mənə əlavə motivasiya verir. Mən heç vaxt heç-heçə üçün oynamamışam. Hər zaman qələbə, sürətli oyun barədə düşünürük. Ən azından azarkeşlərə yaxşı futbol sərgiləmək istəyirik. Bu gün meydanda yeganə komanda “Zirə” idi. Gələcək oyunlara hazırlaşmalıyıq.

 

- Cəmi bir əvəzetmə etdiniz. Bunun səbəbi nə idi?

- Meydanda olan futbolçulardan razı idim. Dilan Duventrunun tempdən düşdüyünü görüb, əvəzetmə etdim. Futbolçular qələbəyə köklənmişdilər, ona görə risk etmək istəmədim.

 

- Komanda oynayır, ancaq futbolçuların fərdi ustalığı kifayət etmir. Qışı səbirsizliklə gözləyirsiniz?

- Mən sizinlə razılaşmaya bilmərəm. Əlimdə olan futbolçularla qışa və ya yaya qədər işləməliyəm. Güclənməyə ehtiyacımız var. Xüsusən də hücum xəttində.

Xəbər xətti