"Qarabağ"ın sabiq futbolçusu Qazaxıstan və Azərbaycan çempionatlarını müqayisə etdi

11:34 - 5 Noyabr 2018

“Qazaxıstanda elə çox oynanamışam. Amma düşünürəm ki, bunlar fərqli liqalardır".

 

Sportal.az xəbər verir ki, bu sözləri ötən mövsüm "Qarabağ"da çıxış edən, hazırda isə Qazaxıstan Premyer Liqa təmsilçisi "Astana"nın şərəfini qoruyan Pedro Enrike deyib. 28 yaşlı vinqer Azərbaycan və Qazaxıstan çempionatını müqayisə edib: "Azərbaycanda komanda sayı azdır, ancaq səviyyə demək olar ki, bərabərdir. Orada olduğu kimi, Qazaxıstanda da infrastrukturu yaxşı olmayan klublar var. Mənim üçün isə əsas olan budur ki, “Qarabağ”la da ölkə çempionu olmuşam”.

 

Qeyd edək ki, braziliyalı futbolçu ötən mövsüm "Qarabağ"la Premyer Liqanın qalibi olub və Çempionlar Liqasının qrup mərhələsində Ağdam təmsilçisinin ilk qoluna imza atıb. Enrike bu mövsüm "Astana" ilə də çempionluq yaşayıb.

Xəbər xətti