“Keşlə” və “Səbail”in futbolçularının cəzası açıqlandı

13:04 - 6 Noyabr 2018

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, iclasda Topaz premyer Liqanın 7-ci turundan təxirə salınmış "Keşlə" - "Qarabağ" və 10-cu turun "Zirə"- Səbail" oyunları zamanı qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

 

“Qarabağ”la matçın 88-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan qovulan “Keşlə”nin yarımmüdafiəçisi Samir Məsimov 1 oyunluq cəzalanıb. Klub isə öz futbolçusuna görə 200 manat cərimə ödəyəcək.

 

“Zirə” – “Səbail” görüşündə isə qonaq komandanın müdafiəçisi Şəhriyar Rəhimov ikinci sarı vərəqə aldığına görə qarşıdakı oyunu buraxacaq. Klubu isə 200 manat məbləğində cərimələnib.

Xəbər xətti