Vedat Muriçi: "Azərbaycanla oyunda istirahət etməyə çıxmaq istəyirik"

17:46 - 13 Noyabr 2018

"Oyunlara yaxşı hazırlaşmışıq. Qrupdan çıxacağımıza inanırıq".

 

Sportal.az xəbər verir ki, bu sözləri Kosovo millisinin üzvü Vedat Muriçi yerli federasiyanın rəsmi saytına açıqlamasında deyib. Türkiyənin "Rizəspor” klubunun hücumçusu Millətlər Liqasında bir neçə gündən sonra Malta və Azərbaycan yığmaları ilə keçiriləcək oyunlardan danışıb. 24 yaşlı futbolçu qrupdan çıxmaq məsələsini Malta ilə görüşdə həll edəcəklərinə inandığını bildirib:

 

"Maltada pley-off mərhələsinə vəsiqə qazana biləcəyimizə və vətənə qayıtdıqdan sonra isə Azərbaycanla görüşə istirahət üçün çıxacağımıza inanıram. Yaxşı oynamaq daha vacibdir. Düzdür, mən hücumçuyam, qol vurmaq işimdir. Amma komanda şəklində oynayıb, qalib gəlməliyik. Qolları kimin vurmasının önəmi yoxdur".

 

Qeyd edək ki, noyabrın 17-də Maltanın qonağı olacaq Kosovo millisi ayın 20-də yığmamızı qəbul edəcək.

Xəbər xətti