"Real" yeni baş məşqçisini açıqladı RƏSMİ

00:47 - 14 Noyabr 2018

"Real"ın yeni baş məşqçisi rəsmən açıqlanıb.

 

Sportal.az xəbər verir ki, Julen Lopeteqinin istefasından sonra müvəqqəti olaraq, baş məşqçi olan Santyaqo Solarinin təyinatı rəsmiləşib. 42 yaşlı mütəxəssislə 2,5 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, "Real" argentinalı mütəxəssisin rəhbərliyi altında keçirdiyi 4 oyunda qalib gəlib.

Xəbər xətti