Ali Koç: "Lazım gəlsə, 5 il avrokuboklardan kənar qalarıq"

16:55 - 15 Noyabr 2018

“Fənərbaxça”nın prezidenti Ali Koç maraqlı açıqlamalar verib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin prezidenti Ali Koç iş adamları dərnəyində klubun gələcəyi ilə bağlı danışıb. O, klubun bəlli bir sisetem içərisində və planlı şəkildə idarə edilməli olduğunu vurğulayıb:

 

“Əslində hər şey başdan-aşağı dəyişməlidir. “Fənərbaxça” öz maliyyə dəstəyini özü yaratmalıdır. Böyük klublar marka şirkətlərə sponsorluq üçün yalvarmamalı, əksinə onlar klublarla çalışmaq istəməlidirlər. Hazırda çox yüklü miqdarda borcun altındayıq. Bunu düzətmək üçün hər şeyi edəcəyik. Bu işlər zamanla həyata keçir. Əgər lazım gələrsə 5 il Avropada çıxış etməyəcəyik. Ancaq bəlli bir sistem və davamlılıq yaratmalıyıq”

Xəbər xətti