Millimiz İngiltərə və Türkiyə ilə eyni səbətdə

10:51 - 27 Noyabr 2018

19 yaşadək futbolçular arasında Avropa çempionatının elit-raundunun püşkatmasının səbətləri açıqlanıb.

 

Sportal.az xəbər verir ki, millimiz elit-raundun püşkatmasında C səbətində yer alacaq.

 

A səbəti: Portuqaliya, Almaniya, Yunanıstan, İspaniya, İtaliya, İrlandiya, Fransa

B səbəti: Şotlandiya, Serbiya, İsrail, Rusiya, Çexiya, Macarıstan, Hollandiya

C səbəti: İngiltərə, Ukrayna, Türkiyə, Uels, İsveçrə, Azərbaycan, Norveç

D səbəti: Belçika, Xorvatiya, Rumıniya, Sloveniya, Danimarka, Polşa, Kipr

 

Qeyd edək  ki, dekabrın 6-da İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Elit-raundun oyunları 2019-cu ilin yazında keçiriləcək. Qalib komandalar Ermənistanda oynanılacaq final mərhələsinə yüksələcək.

Xəbər xətti