"Nyukasl"ın qolkiperi: "Qrupda maraqlı komandalar var"

19:44 - 3 Dekabr 2018

"Hesab edirəm ki, balanslaşdırılmış qrupa düşmüşük. Əlbəttə, son dünya çempionatının gümüş mükafatçısı olan Xorvatiya qrupda favoritdi".

 

Sportal.az xəbər verir ki, bu sözləri Slovakiya milli komandasının qapıısı Martin Dubravka deyib. İngiltərənin "Nyukasl" klubunun qolkiperi AÇ-2020-nin püşkünü dəyərləndirib: "Mən İngiltərə millisiylə eyni qrupa düşmək istəyirdim. "Uembli"də onlara qarşı oynamaq mənim üçün bir tcərübə olacaqdı. Qrupda maraqlı komandalar var. Macarıstanla oyunlar daha maraqlı keçəcək. Ümumiyyətlə, maraqlı duellərimiz olacaq".

 

Qeyd edək ki, AÇ-2020-nin seçmə mərhələsinin E qrupunda Xorvatiya, Uels, Slovakiya, Macarıstan və Azərbaycan milliləri yer alıb.

Xəbər xətti