"Kəpəz" "Səbail" önünə ciddi itkiylə çıxacaq

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 27-ci mövsümə start veriləcək.

 

Sportal.az xəbər verir ki, ölkə kuboku uğrunda mübarizə 1/8 final mərhələsindən başlayacaq.

 

“Kəpəz” ilk mərhələdən yarışa qoşulacaq. “Sarı-göylər”in rəqibi Premyer Liqada çıxış edən “Səbail” klubu olacaq. Gəncə şəhər stadionunda keçiriləcək oyunun startı saat 13:30-da veriləcək. Bu mərhələ bir görüşdən ibarətdi.

 

“Kəpəz” qarşılaşmaya hazırlıq çərçivəsində son məşqi oyunun reallaşacağı meydanda keçirib. Hazırlıq prosesi 45 dəqiqə çəkib. Bakı təmsilçisi ilə matç öncəsi Etibar İbrahimovun komandasında ciddi itki var. “Kəpəz”in hücumçusu Ziyabil Məmmədov zədəyə görə meydana çıxa bilməyəcək. 27 yaşlı futbolçu ötən həftə “Səbail”in I Divizionda yarışan ikinci komandası ilə görüşdə zədələnib. Məmmədov sözügedən oyunda (1:0) qələbə topunun müəllifi olub.

Tarix: 6 Dekabr [00:33]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Dekabr 2018
18  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio