Yığmamız Çexiya, Norveç və San Marino ilə eyni qrupda

15:15 - 6 Dekabr 2018

Bu gün İsveçrənin Nyon şəhərində 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının 2019/2020-ci il mövsümünün ilkin seçmə mərhələsinin püşkü atılıb.

 

Sportal.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, püşkün nəticəsinə əsasən, yığmamız Çexiya, Norveç və San Marino komandaları ilə 7-ci qrupda mübarizə aparacaq.

 

Qeyd edək ki, bu qrupun oyunları 2019-cu il oktyabrın 9-dan 15-dək Çexiyada təşkil olunacaq.

Xəbər xətti