"Qarabağ" "Arsenal"a məğlub oldu YENİLƏNİB

01:54 - 14 Dekabr 2018

Bu gün Avropa Liqasında qrup mərhələsinə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, təmsilçimiz “Qarabağ” turnirdə bu mövsüm sonuncu oyununu keçirib. Ağdam təmsilçisi Londonda “Arsenal”ın qonağı olub və 0-1 hesabı ilə uduzub.

 

E qrupunu 16 xalla "Arsenal" lider başa vurub. "Sportinq" 13 xalla 2-ci, "Vorskla" 3 xalla 3-cü olub. "Qarabağ" da 3 xal toplayıb və qrupu son pillədə tamamlayıb.

 

13 dekabr

Avropa Liqası

Qrup mərhələsi, 6-cı tur

E qrupu

 

00:00 "Arsenal" - "Qarabağ" - 1:0
Qol:
Aleksandr Lyakazette, 17

Baş hakim: Yens Qrabski Maae

Yan xətt hakimləri: Lars Hummelqaard, Heyne Sorensen

Əlavə köməkçi hakimlər: Yorqen Dauqbyerg Burxardt, Morten Kroq

Dördüncü hakim: Yesper Dahl (hamısı Danimarka)

Hakim-inspektor: Stavros Tritsonis (Yunanıstan)

UEFA nümayəndəsi: Styrbyörn Oskarsson (Finlandiya)

London. "Emreyts".

Xəbər xətti