"Neftçi" Rumıniya və Çexiya klubları ilə qarşılaşacaq

"Neftçi”nin qış fasiləsindəki təlim-məşq toplanışı zamanı keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərdən ikisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, komanda yanvarın 18-də "Qaz Metan” (Mediaş, Rumıniya), 23-də isə "Slovan” (Liberets, Çexiya) klubları ilə qarşılaşacaq. Ayın 26-dakı rəqibin adına aydınlıq gələndən sonra bu haqda məlumat veriləcək.

 

Qeyd edək ki, yanvarın 13-dən 27-dək Türkiyənin Antalya şəhərində olacaq komanda Manavqat bölgəsində yerləşən oteldə məskunlaşacaq.

Tarix: 13 Dekabr [14:51]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Mart 2019
18  Mart 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio