Xorxe Sampaolinin yeni iş yeri məlum oldu

12:55 - 14 Dekabr 2018

Argentina millisinin sabiq baş məşqçisi Xorxe Sampaolinin yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, argentinalı çalışdırıcı Braziliyanın “Santos” klubunun "sükanı arxası"na keçib. Müqavilənin şərtləri barədə açıqlama verilməyib.

 

Qeyd edək ki, 58 yaşlı mütəxəssis DÇ-2018-dəki uğursuz çıxışdan sonra Argentina millisindən qovulmuşdu. Argentinalı mütəxəssis Çilli milli komandasını da çalışdırıb. Sampaoli 2016/17 mövsümündə "Sevilya"nın baş məşqçisi olub.

Xəbər xətti