Reynaldo rəsmən "Qarabağ"da

09:47 - 19 Dekabr 2018

"Qarabağ" Reynaldo Silvanın transferini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, braziliyalı hücumçu ilə 2.5 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, “Qarabağ” tarixinin ən yaxşı əcnəbi bombardiri olan Reynaldo 2013-2016-cı illərdə Ağdam klubunda keçirdiyi 89 oyunda 47 qol vurub. 29 yaşlı futbolçunun son klubu Qazaxıstan "Aktobe"si olub.

Xəbər xətti