"Sabah" 6 futbolçu ilə yollarını ayırdı

13:51 - 21 Dekabr 2018

Mövsümün ilk yarısından sonra “Sabah”dan ayrılan futbolçular müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Topaz Premyer Liqasının debütantı 6 oyunçunun xidmətindən imtina edib.

 

Bunlar Vitali Kvaşuk, Əlibəy Məmmədli, Elvin Bədəlov, Aydın Bayramov, Tural Qürbətov və Ülvi İbazadədi. Futbolçularla olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

 

Qeyd edək ki, "Sabah" Topaz Premyer Liqasında turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.  

Xəbər xətti