Mourinyo üçün sürpriz iddia

14:33 - 22 Dekabr 2018

Ötən günlərdə "Mançester Yunayted"dən ayrılan Joze Mourinyo üçün sürpriz iddia ortaya atılıb.

 

Sportal.az xəbər verir ki, Qilyermo Barros Skelotto ilə yolları ayıran "Boka Xuniors" baş məşqçi postuna Mourinyonu gətirmək istəyir. Bu barədə Argentina mətbuatı məlumat yayıb. Klubun futbol direktoru Nikolas Burdissonun portuqaliyalı mütəxəssislə danışıqlar apardığı da xəbərdə qeyd edilib.

 

Qeyd edək ki, Mourinyonun adı "Los-Anceles Qalaksi" və "Real" klubları ilə də hallanır.

Xəbər xətti