Portuqaliya liqasından "Şahdağ"a gəldi

12:12 - 24 Dekabr 2018

Ötən mövsüm Portuqaliyanın II divizionunda çıxış edən "Louletano" çıxış edən Valeh Seyidov karyerasını Azərbaycanda davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, sənəd problemlərinə görə cari mövsüm Priney yarımadasına yollana bilməyən Seyidov Regional liqa təmsilçisi "Şahdağ"la müqavilə bağlayıb. Gənc hücumçu Qusar klubunun heyətində çempionatda "Bakı" ilə görüşdə debüt edib.

 

Region Liqasında mübarizə aparan «Şahdağ» istedadlı gənc hücumçunu heyətinə qatıb.

 

Qeyd edək ki, Valeh Seydov "Bakı" klubunun yetirməsidir.

Xəbər xətti