Emenike Türkiyəyə qayıdır

18:12 - 25 Dekabr 2018

Türkiyə I Liqasında mövsümün ilk yarısını ikinci pillədə başa vuran "Dənizlispor" səs-küylü transfer reallaşdırmaq istəyir.

 

Sportal.az xəbər verir ki, azad agent statusu daşıyan Emmanuel Emenike Dənizli təmislçisinin rəhbərliyilə görüşüb. Nigeriya millisinin sabiq üzvü "Karabükspor"un da maraq dairəsindədir. Klubsuz qalan Emenikenin Türkiyəyə qayıdacağı gözlənilir.

 

Qeyd edək ki, Emenike yayda "Olimpiakos"dan ayrıldıqdan sonra klubsuzdur. 31 yaşlı forvard "Karabükspor", "Spartak", "Fənərbağça", "Əl-Əyn", "Ves Hem" kimi klublarda çıxış edib.

Xəbər xətti