Koku "Anderlext"dən imtina etdi

14:44 - 31 Dekabr 2018

"Fənərbağça"dan ayrıldıqdan sonra Fillip Koku "Anderlext" klubundan təklif alıb.

 

Sportal.az xəbər verir ki, hollandiyalı mütəxəssis Belçika klubundan "Fənərbağça"dakı müqaviləsindən daha çox məvacib tələb edib. O, bonuslarla birgə mövsümün sonuna kimi 4 milyon avroya yaxın maaş istəyib. "Anderlext" Kokudan endirimə getməsi üçün danışıqları davam etsə də, 48 yaşlı mütəxəssis yekunda rədd cavabı verib. Koku mövsümün ortasında klubun "sükanı arxası"na keçmək istəmədiyini və mövsümün sonuna kimi dincəlmək istədiyini bildirib.

 

Qeyd edək ki, "Anderlext" öncəki baş məşqçisi Hein Vanhazbruka illik 1 milyon avroya yaxın məvacib ödəyirdi.

Xəbər xətti