"Liverpul"un sabiq futbolçusu Türkiyə klubuna baxışa gəldi

01:17 - 6 Yanvar 2019

"Liverpul"un sabiq futbolçusu Stiven Koker karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı müdafiəçi "Alanyaspor"da baxışdadır. Futbolçunun durumu məşqçilər korpusunu qane etsə, onunla müqavilə imzalanacaq.

 

Qeyd edək ki, İngiltərə millisində bir oyun keçirən Koker "Tottenhem", "Suonsi Siti", "Kardiff Siti", KPR, "Sauthempton", "Liverpul" kimi klublarda çıxış edib. Onun son klubu Şotlandiyanın "Dandi Yunayted" klubu olub.

Xəbər xətti