Syerra-Leone millisinin üzvü "Keşlə"də

11:25 - 7 Yanvar 2019

"Keşlə" ilk transferini reallaşdırıb.

 

Sportal.az "sports.kz" saytına istinadən xəbər verir ki, paytaxt klubu Qazaxıstanın "Kaysar" klubundan Con Kamaranı transfer edib. Syerra-Leone millisinin üzvüylə 6 aylıq müqavilə imzalanıb.

 

Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi son iki mövsüm oynadığı "Kaysar"ın heyətində Qazaxıstan Premyer Liqasında 53 oyuna 1 qol vurub. Futbolçunun "Transfermarkt"da qiyməti 400 min avro göstərilir. 

Xəbər xətti