Şenol Günəş millimizin üzvlərini ardıcıl iki oyunda meydana buraxdı

Millimizdə çıxış etmiş futbolçular – Hüseyn Seylığlı və Ege Atlam Türkiyənin “Beşiktaş” klubunun əsas heyətində ardıcıl iki oyun meydana çıxıblar.

 

Sportal.az xəbər verir ki, hər iki futbolçu “Beşiktaş”ın Antalyada Hollandiyanın I divizion klubu “Helmond Sport” və Türkiyənin "Afyonspor" klubları ilə yoxlama matçlarında meydanda olublar.

 

Seylığlı hər iki oyunda start heyətdə yer alıb və fasilədə əvəzlənib. Atlam isə qarşılaşmalarda meydana fasilədən sonra daxil olub.

 

"Beşiktaş" "Helmond Sport"a 1:0, "Afyonspor"a isə 5:1 hesabıyla qalib gəlib.

 

Qeyd edək ki, hər iki futbolçu üç il əvvəl Bakıda keçirilmiş 17 yaşadək millilərin Avropa çempionatında yığmamızın tərkibində olub. Hüseyn Seylığlı ötən ilədək 21 yaşadək millimizdə çıxış edibsə, Ege Atlam sonuncu dəfə 19 yaşadək millimizə iki il əvvəl çağırılıb.

Tarix: 10 Yanvar [15:05]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Mart 2019
24  Mart 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio