"Səbail" də Monrozu hədəfə aldı

20:20 - 10 Yanvar 2019

"Qəbələ"nin liderlərindən biri olan Stiven-Jozef Monroza təkliflər yağmaqda davam edir.

 

Sportal.az xəbər verir ki, "Neftçi"dən sonra "Səbail" də 28 yaşlı forvardı rənglərinə bağlamaq arzusundadır. Bundan əlavə, Türkiyənin I Liqasından və Fransadan da Monroza maraq var. Fransız futbolçunun "Qəbələ" ilə müqaviləsi mövsümün sonuna kimidir və onu transfer etmək istəyən klub təzminat ödəməlidir. Hücumçunun "Transfermarkt"da qiyməti 1 milyon avro dəyərindədir. Lakin müqaviləsinin bitməsinə altı ay qalan futbolçunun transferi üçün bu məbləğin veriləcəyi inandırıcı deyil. "Qəbələ" komandada ən çox məvacib alan futbolçunu 200-300 min avroya da əldə buraxmağa hazırdır.

 

Qeyd edək ki, Monroz 2017-ci ildən "Qəbələ"də çıxış edir. Onun müqaviləsi 2019-cu ilin yayında başa çatır.

Xəbər xətti