Həbib Nurməhəmmədovdan azərbaycanlı futbolçuya: "İnsanların üzərinə dəmir hasardan tullanma"

22:27 - 11 Yanvar 2019

UFC çempionu Həbib Nurməhəmmədov "Rostov"dan "Spartak"a transfer olunan azərbaycanlı futbolçu Ayaz Quliyevə müraciət edib.

 

Sportal.az xəbər verir ki, yüngül çəkidə dünya çempionu olan 30 yaşlı dağıstanlı idmançı "instagram" sosial şəbəkə hesabının hekayə bölümündə Ayaz Quliyevin ona bənzədilməsindən danışıb. Həbib qısa videoda bu sözləri səsləndirib: "Ayaz, bax, məni pis vəziyyətdə qoyma. Hamı sənə "Həbib" deyir. Ona görə də insanların üzərinə dəmir hasardan və stadiondan tullanma".

 

Qeyd edək ki, Ayaz Quliyev "Spartak"a qoşulanda futbolçular "Həbib, buraya gəl" şüarları səsləndiriblər.

Xəbər xətti