"Yatsaydım, yuxuda belə görməzdim ki, "Kəpəz" bu günlərə düşəcək"

"Kəpəz"in öz məğlubiyyətləri bu duruma səbəb oldu. Komanda yaxşı nəticələr qazansaydı, bu yerlərə gəlib düşməzdi. Burada hamı günahkardır. Bütün rəhbərlikdən tutmuş baş məşqçiyə kimi hər kəs məsuliyyət daşıyırdı".

 

Sportal.az saytına açıqlamasında bu sözləri "Kəpəz"in azarkeşlərlə əlaqələndiricisi Elmar Əliyev deyib. O, komanda üzvlərinin üç ay maaş almamasını təsdiq edib: "Komanda üzvləri və işçilər maaşlarını vaxtında alırdı. Komandaya AFFA baxır. Gecikmələr var, ancaq yaxınlarda məvaciblər köçürüləcək. Hamının maaşı ödəniləcək. Komanda üzvləri 3 aydır ki, dözür və inanırlar ki, federasiya ödəmələri verəcək. Fikirləşirik ki, AFFA heç bir komandanın maaşlarını verməmiş olmaz".

 

Əliyev komandanın yenidən Premyer Liqaya qayıdacağı barədə gəzən söz-söhbətlər barədə danışıb:

 

"Yatsaydım, yuxuda belə görməzdim ki, "Kəpəz" bu günlərə düşəcək. Azərbaycan futbolunun mərkəzi buradır. Azarkeşlər səbirsizliklə gözləyirlər ki, komanda Premyer Liqaya qayıdacaq. İnanırıq ki, komanda elitaya qalxacaq, Gəncədə ev oyunlarını keçirib, burada məskunlaşacaq. Biz komandanız arxasındayıq. Təbii ki, ötən mövsüm "Kəpəz"in Premyer Liqada qalması yaxşı olardı. Ancaq qanun buna imkan vermir. Sonuncu pillədə çempionatı başa vurmusansa, elita ilə vidalaşmalısan. Əlbəttə, bölgə klubları çempionata rəng qatır. "Turan Tovuz", "Kəpəz" kimi klublar Premyer Liqada olsalar, daha yaxşı olar. Meydança, azarkeş, lisenziya amillərini nəzərə alsaq, "Kəpəz" yəqin ki, yenidən Premyer Liqaya qayıdar. AFFA Gəncə stadionunu təmir etdirib, maliyyə yatırıb. Əvvəl ot örtüyü bərbad idi. Ancaq indi Azərbaycanda üç ən yaxşı stadiondan biri Gəncədədir. Yəqin ki, komandamız yenidən Premyer Liqaya qayıdar və təzə rəhbər seçilər. İnanırıq ki, Gəncə futbolunu sevən bir şəxsi, rəhbər qoyarlar və hamımızın sevimlisi olar".

Tarix: 18 Yanvar [13:13]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Sentyabr 2019
15  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio