Qurban Qurbanov: "Komanda oyun nizam-intizamını qoruyub saxladı"

20:20 - 19 Yanvar 2019

"Ümumən maraqlı oyun alındı, hər iki komanda sakit və yaxşı oyun göstərdi".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klubun saytına açıqlamasında deyib. Bu gün "Qarabağ" qış təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama matçında Çexiyanın "Bohemians" klubunu 3:1 hesabıyla məğlub edib. Ağdamlıların təcrübəli çalışdırıcısı qarşılaşmaya belə şərh verib:

 

"Belə oyunlarda hesab bizim üçün önəmlidir, amma ondan önəmli olan bəzi detallar var idi ki, meydanda görmək istəyirdim və demək olar ki gördüm. Baxmayaraq ki, hesabda 0:1 geri düşsək də, komanda oyun nizam-intizamını qoruyub saxladı və matçı qələbəylə yekunlaşdırdı. İlk oyuna nisbətən bu qarşılaşma daha dinamik oldu və səhvlərimiz az oldu. Komandamdan razı qaldım".

Xəbər xətti