"Mançester Yunayted" Premyer Liqada ardıcıl altıncı qələbəsini qazandı VİDEO

00:44 - 20 Yanvar 2019

İngiltərə Premyer Liqasında 23-cü turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki,  "Mançester Yunayted" evdə "Brayton"a 2:1 hesabı ilə qalib gəlib. Bu, Ola Qunner Sulşerin gəlişindən sonra "Mançester Yunayted"in Premyer Liqada ardıcıl altıncı qələbəsi olub.

 

Premyer Liqanın turnir cədvəlinə 60 xalla "Liverpul" başçılıq edir. "Mançester Siti" 53 xalla 2-ci, "Tottenhem" 48 xalla 3-cü, "Çelsi" 47 xalla 4-cüdür. "Arsenal"la "Mançester Yunayted" isə 44 xalla 5-6-cı yerləri bölüşürlər. 26 xalı olan "Brayton" 13-cü yerdə qərarlaşıb.

 

"Mançester Yunayted" 2:1 "Brayton"
Qollar:
Pol Poqba, 27, Markus Reşford, 42 - Paskal Qross, 72

 

Xəbər xətti