"Keşlə"dən ayrıldı, "Şüvəlan"a keçdi

"Keşlə"dən ayrılan Məmməd Quliyevin yeni klubu bəlli olub.

 

Sportal.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi karyerasını I Divizionda davam etdirəcək. Quliyev "Şüvəlan"la altı aylıq müqavilə imzalayıb.

 

Məmməd Quliyev "Keşlə"yə 2016-cı ildə "Rəvan"dan keçmişdi.

 

Qeyd edək ki, "Şüvəlan" daha öncə "Sabah"dan ayrılan Tural Qürbətovu da rənglərinə bağlamışdı.

Tarix: 21 Yanvar [13:05]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 May 2019
21  May 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio