"Arsenal"ın müdafiəçisi mövsümü başa vurdu

14:55 - 21 Yanvar 2019

İngiltərənin "Arsenal" klubu ciddi itkiylə üzləşib.

 

Sportal.az xəbər verir ki, "topçular"ın müdafiəçisi Hektor Belyerin mövsümü başa vurub. Premyer Liqanın 23-cü turunda "Çelsi"yə qarşı matçda zədələnən futbolçunun durumu ciddidir. Dizindən zədələnən sağ cinah müdafiəçisi 6-9 ay oynamayacaq.

 

Qeyd edək ki, 23 yaşlı futbolçu cari mövsüm Premyer Liqada 19 oyuna 5 assist etmişdi.

Xəbər xətti