"Səbail" Ukrayna klubuna qalib gəldi

20:54 - 21 Yanvar 2019

Türkiyədə təlim-məşq toplanışında olan “Səbail” Antalyadakı hazırlıq prosesi çərçivəsində bu gün növbəti yoxlama oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, Aftandil Hacıyevin çalışdırdığı paytaxt təmsilçisi üçüncü sınaq matçında Ukrayna Premyer Liqa təmsilçisi “Desna” ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

 

"Səbail" bundan əvvəl “Aqvital”a (Macarıstan) qalib (3:2) gəlib, "Sürix"lə (İsveçrə) heç-heçə (1:1) edib. Bakılılar son yoxlama oyununda yanvarın 24-də Qazaxıstan “Kaysar”ı ilə üz-üzə gələcək.

 

Yoxlama oyunu

21 yanvar

 

18:00. "Səbail" - "Desna" - 2:1
Qollar
: Orxan Qurbanlı, 39, Kevin Kubemba, 70

Xəbər xətti