Covanni van Bronkxorst "Feyenoord"dan ayrılır

16:29 - 24 Yanvar 2019

Covanni van Bronkxorst mövsümün sonunda "Feyenoord"un baş məşqçi postunu tərk edəcək.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, bu barədə Rotterdam təmsilçisinin texniki direktoru Martin van Qil deyib. Baş məşqçi öz istəyilə bu addımı atıb.

 

 

Qeyd edək ki, 43 yaşlı mütəxəssis "Feyenoord"da 2011-2015-ci illərdə məşqçi kimi işləyib. Hollandiya yığmasının keçmiş müdafiəçisi 2015-ci ildən rotterdamlıları çalışdırmağa başlayıb. "Feyenoord" onun rəhbərliyi altında 2016/17 mövsümündə Erediviziyanın qalibi olub.

Xəbər xətti